"Şok və dəhşət" - İngilis qəzeti Azərbaycan hərbçilərinin qatıldığı təlimdən yazdı

Şok və dəhşət - İngilis qəzeti Azərbaycan hərbçilərinin qatıldığı təlimdən yazdı
Hadisə 5135
 

İngiltərənin "Daily Mail” qəzeti Azərbaycanın iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimləri barədə məqalə dərc edib. ANS PRESS-in məlumatına görə, qəzet təlimləri "Şok və Dəhşət” başlıqları ilə manşetə çıxarıb.

"Daily Mail” qəzetini hər gün 14 milyon insanın izləyir. Qəzet yazıb ki, hərbi təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı Pakistan, Səudiyyə Ərəbistanı, Polşa, Qətər, ABŞ və Böyük Britaniya hərbi hava, dəniz və quru qüvvələri iştirak edir.

İngiltərənin nüfuzlu qəzeti təlimlərin keçirilmə vaxtına diqqət çəkib. Müəllif yazıb ki, təlimlər Rusiya və Türkiyə münasibətlərinin gərgin olduğu və Yaxın Şərqdə münaqişələrin qızğın olduğu dövrə təsadüf edir.

Qəzet təlimlərdən dərc etdiyi fotoları isə "insanları heyrətə salan manevrlər” başlığı ilə şərh edib.

Təlimlərdə 8 ölkədən 860 nəfər şəxsi heyət iştirak edib. Hərbçilər təyyarələr, desant gəmiləri, pilotsuz təyyarələr, haubitsalar və tanklar vasitəsilə Türkiyə sahillərində qüvvələrini nümayiş etdiriblər. 

Ötən gün  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan müdafiə naziri Zakir Həsənov azərbaycanlı hərbçilərin də iştirak etdiyi "Efes-2016" beynəlxalq təlimlərini birgə izləyiblər. 

Hərbi təlimləri prezident və nazirlə yanaşı Türkiyənin yeni baş naziri Binəli Yıldırım və Baş qərargah rəisi Hulusi Akar da müşahidə edib. 

Hərbi təlimlər quruda, suda, havada həyata keçirilir. İzləyicilərə həyəcanlı anlar yaşadan təlimlər zamanı havadan şərti düşmən hədəfləri vurulub, həmçinin gəmilərdən  hücumlar təşkil edilib. Təlimlərdə Türkiyənin yerli istehsalı olan Atak helikopterləri də hədəflərə zərbə endirib.

Hərbi təlim zamanı Türk Silahlı Qüvvələrinə aid 16 "Cougar", "Skorsky" və "UH-1" helikopterlərindən istifadə edilib.  Mayın 4-dən iyunun 4-nə kimi davam edəcək təlimlərdə həmçinin 79 xarici ölkədən 255 müşahidəçi iştirak edir. Təlimlər üçün 22 ölkədən 192 jurnalist Türkiyəyə gəlib. 

BAKU.WS

Son xəbərlər