Oğuzun Baş Daşağıl kəndinin qazlaşdırılacağı müddət bəlli olub

Oğuzun Baş Daşağıl kəndinin qazlaşdırılacağı müddət bəlli olub
Foto
Hadisə 49

Oğuz rayonunun ilin yarıdan çoxu qış havasının hakim olduğu Baş Daşağıl kəndinə qaz çəkiləcəyi müddət müəyyənləşib.

BAKU.WS report-a istinadən xəbər verir ki, Oğuz rayonunun Baş Daşağıl kəndinin sakinləri məntəqəyə qaz çəkilməməsi səbəbindən ciddi çətinliklərlə üzləşdiklərini deyiblər.

Bildiriblər ki, Baş Daşağıl kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəyində, dəniz səviyyəsindən 1200 metr yüksəklikdə, rayon mərkəzindən 25 km aralıda yerləşir.

1200 nəfərə yaxın əhalinin yaşadığı kənd ucqarda yerləşdiyindən, qış fəslində istiliyə olan tələbat xeyli artır. Kənddə təbii qaz olmadığı üçün odundan və digər bərk yanacaq növlərindən istifadə edilir. Lakin odunu əldə etmək sakinlərə heç də asan başa gəlmir. Onların sözlərinə görə, qışda istiliyi təmin etmək üçün 1000-1500, hətta 2000 manata qədər xərc çəkməli olurlar.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev məsələ ilə bağlı "Report"un yerli bürosuna bildirib ki, Birlik regionlarda qazlaşma prosesini maliyə imkanlarından asılı olaraq mərhələli şəkildə həyata keçirir:

"Oğuz rayonunun Baş Daşağıl kəndinin də qazlaşması növbəti mərhələyə düşür. Bu məsələyə maliyyə imkanlarından asılı olaraq baxılacaq. Ümumilikdə deyə bilərəm ki, Oğuz rayonunun abonent sayına görə qazlaşma səviyyəsi 89 faiz təşkil edir".

Son xəbərlər