Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
27
may
2023
15:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində "VAZ-2107"də olan iki sərnişin - 1961-ci il təvəllüdlü Kəmalə Cabbar qızı Qaziyeva və 1998-ci il təvəllüdlü Şəlalə Cövdət qızı Rəsullu xəsarət alıblar. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 45-...