Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO

Oğuzda avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO
Foto
Hadisə 73

Oğuzda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kia" və VAZ-2106" markalı avtomobillər toqquşub. Zərbənin gücündən "VAZ-2106" yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində 2 nəfər müxtəlif xəsarətlər alıb.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər