Qəbələdə avtomobillər toqquşub, xəsarət alanlar var - FOTO
11
dek
2021
22:31
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbələ rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonun Nic qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı iki avtomobil toqquşub. Hadisə nəticəsində maşınlardan biri yoldan çıxaraq kolluq əraziyə aşıb. Qəza zamanı 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Oğuzda mikroavtobus qəzaya uğrayıb, xəsarət alanlar var - FOTO
Oğuz rayonunda yol qəzası baş verib.BAKU.WS report-a istinadən Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün axşam saatlarında İsmayıllı-Qaraməryəm-Şəki m...