Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Oğuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
Hadisə 43

Oğuz rayonunda yol qəzası baş verib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NİVA" və "VAZ-2109" markalı avtomobillərin toqquşması nəticəsində ikincisi yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə minik maşınında olan bir-neçə nəfər xəsarət alıb. Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər