Oğuzda döyüşə yararlı silah-sursat tapılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində Oğuz Rayon Polis Şöbəsi, DİN-in Daxili Qoşunları və Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməkdaşları tərəfindən birgə əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayonun Bucaq kəndi ərazisindəki meşə massivinə baxış keçirilən zaman oradan döyüş tətbiqinə yararlı 1 ədəd F-1 əl qumbarası və 78 ədəd avtomat patronu aşkarlanaraq götürülüb.
Aşkarlanan qumbara təhlükəsiz əraziyə götürülərək zərərsizləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirdi, silahlı şəxslər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyə...