Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Oğuz rayonunda avtomobil ağaca çırpılması nəticəsində 2 nəfər xəsarət alıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Qumlaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Şəki sakini Amil Elxan oğlu Əmiraslanovun idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.
Nəticədə sürücü və sərnişin, 1981-ci il təvəllüdlü Sevinc Əlifova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Sürücü A. Əmiraslanov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hazırda sürücünün avtomobildən çıxarılması üçün işlər aparılır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda sərnişin avtobusu "Toyota" ilə toqquşub
Bakının Yasamal rayonunun Yeni Yasamal yaşayış massivində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib...