Oğru pulları oğurlamazdan əvvəl türk bayrağını öpüb alnına qoydu - VİDEO
25
dek
2021
13:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bursa şəhərində bir şəxs oğurluq üçün girdiyi yerdə əvvəlcə seyfdən çıxan Türkiyə bayrağını öpüb, sonra isə pulları oğurlayıb.
BAKU.WS İHA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Gəmlik rayonunda baş verib.
Bir gənc girdiyi mağazanın seyfindən pul çantasını götürdükdən sonra siyirtmədə əlinə keçən Türkiyə bayrağını öpüb alnına qoyub.
Şübhəli daha sonra pulu götürərək yoxa çıxıb. Həmin anlar iş yerinin təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
Polis hadisənin təfərrüatlarını araşdırır.
Oxşar xəbərlər
Azərbaycanda “insaflı” oğru KAMERAYA DÜŞDÜ: Hər evdən bir ədəd... – VİDEO
Şəmkirin Ağlavaşlı kənd sakinləri indi həmin oğrunu axtarır. O oğrunu ki, təxminən bir neçə aydır qoyun-quzu saxlayan zəhmətkeşlərin ruzisinə şərik olub. Adıçək...