Ögey anasının şah damarını kəsib öldürdü - Bakıda baş verən qətlin TƏFƏRRÜATI
Noyabrın 28-i, axşam saatlarında Maştağa qəsəbəsində dəhşətli qətl hadisəsi baş verib. Oğul aralarında yaranmış mübahisə nəticəsində ögey anasını öldürüb.
Qohumlarının verdiyi məlumata görə, qətlə yetirilən qadın oğlanın bioloji anası olmasa da, ona uşaqlıqdan analıq edib və öz övladı kimi böyüdüb.
"Rəhmətə gedən qadın uşaqlıqdan ona analıq etmişdi, öz övladı kimi böyütmüşdü. Oğlanın əmisi onu himayəsinə götürmüşdü.
Təəssüf ki, oğlanın pis vərdişləri var idi. Gəlin bir neçə gün idi ki, bizdə qalırdı, çünki oğlanın onu öldürəcəyindən qorxurdu.
Axşam yoldaşı ilə evə qayıdanda əri əlini yumaq üçün hamama keçmişdi. Bu vaxt oğlan qəfildən əlində bıçaqla girərək, qadının şah damarına xəsarət yetirib. Qadın hadisə yerində keçinib" , - mərhumun qohumu bildirib.
Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalar zamanı 1997-ci il təvəllüdlü Qasım Məmmədovun mübahisə zamanı bıçaqla xəsarət yetirərək ögey anası İlhamə Məmmədovanı qəsdən öldürdüyünə dair əsaslı şübhələr müəyyən edilib.
Hadisə ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Qasım Məmmədov şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
"Xərçəng xəstəsisən" deyib 11 min manatını mənimsədilər
Salyan rayon sakini Şahmar Ağayev müalicə olunmaq üçün 11 min manat xərclədikdən sonra sağlam olduğunu öyrənib. O, iddia edir ki, "Med Plaza" klinikasında fəali...