Nəvəsi yaşındakı qızları zorlayan kişi: "Arada pul da verirdim" (VİDEO)
Türkiyədə 60 yaşlı kişinin 12 yaşındakı qızı bir il zorladığı ortaya çıxıb.
BAKU.WS-in məlumatına görə, TIR sürücüsü olan üç uşaq atası Dünya Qız Uşaqları Günündə saxlanılaraq həbs olunub.
Hadisə barədə ilk olaraq uşağın anası xəbər tutub. Məlum olub ki, zorlanan qızın anası bir müddət öncə oğurluqdan həbs olunub. Ona görə də uşaqlarına yaxınları baxmalı olub. Araşdırmalar zamanı məlum olub ki, qızına köhnə qayını təcavüz edib. İstintaq zamanı 12 yaşlı qız danışdırılıb. Talehsiz qızcığaz kişinin bir neçə dəfə ona təcavüz etdiyini bildirib. Ölümlə təhdid edildiyini deyən qız başına gələnləri heç kimə söyləyə bilməyib.
Şikayətdən sonra polis TIR sürücüsü olan üç qız uşaq atası həbs olub. Sürücünün üzərinə baxış zamanı cinsi gücü artıran 28 həb aşkarlanıb.
Təcavüzkar şəxs hakim qarşısına çıxarılıb. Özünü müdafiə edən kişi 12 yaşlı qızla öz istəyiylə əlaqəyə girdiyini bildirib: "Hətta o məni məcbur etdi. Həmin zaman içkili idi. Bu bir neçə dəfə oldu. Ən son iki ay əvvəl birlikdə olduq. 17 yaşındakı bacısı ilə də öz istəyiylə 4-5 dəfə əlaqəyə girdim. Hər iki bacıya hamiləlik testi etdirdim. Hərdən onlara pul da verirdim. Amma bunu mənimlə əlaqəyə girdikləri üçün vermirdim. Etdiklərimdən peşmanam".
Nazim Babayev
BAKU.WS
Oxşar xəbərlər
Bakıda sevgi faciəsi: anasına məktub yazıb intihar etdi
Dünən Sabunçu qəsəbəsində baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, 1994-cü il təvəllüdlü Sultanov Yusif İlqar oğlunun...