“İnstagram”da qadını şantaj edərək pul tələb edən şəxs saxlanıldı
14
dek
2018
11:50
Polis sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxsi saxlayıb.Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinə müraciət edən şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığından şikayətlənib.Qadın şikayətində fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib.Polis əməkdaşları tərəfindən dərhal müvafiq araşdırma aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.BAKU.WS
Oxşar xəbərlər
Dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şəmkir rayonu ərazisində dələduzluq etməkdə şübhəli bilinən Gəncə şəhər sakini polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbu...