Qadını qızının çılpaq şəkilləri ilə şantaj etdilər
17
sen
2018
14:37
Şirvan şəhərində qadından 3000 manat tələb edən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat Şirvan şəhər Polis şöbəsi əməkdaşları tərəfindən həyata keçirilib. İdarəyə bir qadın şikayət edib. Müraciət edən qadın bir nəfərin onun qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 3000 manat tələb etdiyini bildirib.Sentyabrın 15-də polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb, araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT — Sosial şəbəkədə tanış olduğu qadının intim şəkillərini yaydı
Qadının intim şəkillərini yayan şəxs kimdir?Yasamal Rayon Məhkəməsində qadını şantaj edərək pul tələb edən şəxsin məhkəməsi başlayıb.BAKU.WS “ölkə.az”a istinadə...