Qadın və kişiləri şantaj edən şəxs saxlanıldı
12
may
2018
12:50
Zərdabda qadınları və kişiləri şantaj edərək pul tələb edən şəxsi polis tutub.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zeyni Hüseynovun BAKU.WS-ə verdiyi məlumata görə, mayın 11-də Zərdab rayon sakinləri F.M, B.F və A.Q Rayon Polis Şöbəsinə müraciət edərək cari ilin aprel ayında Çallı kənd sakini Qənimət Məmmədovun onlar barəsində sosial şəbəkədə rüsvayedici məlumatlar yayacağı ilə hədələyib pul tələb etməsini bildiriblər.Zərdab rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Q.Məmmədov saxlanılıb.Faktla bağlı RPŞ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.Ziya SƏCCADBAKU.WS
Oxşar xəbərlər
Bakıda evə elektrik adı ilə daxil olan şəxs oradan 4000 manat oğurlayıb
Səbail rayonunda evə elektrik adı ilə daxil olan şəxs oradan 4000 manat oğurlayıbDaxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumatına görə, Səbail rayonu Xəq...