Kişi kişini rüsvay edib – 1000 manata görə

14
iyn
2018
15:22
Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Natiq Cavadov BAKU.WS-ə bildirib ki, hadisə Mingəçevir şəhərində baş verib.Verilən məlumata görə, iyunun 13-də Mingəçevir Şəhər Polis Şöbəsinə müraciət edən şəhər sakini Q.Əlibabayev həmyerlisi Mürşüd Məmmədovun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 1000 manat verməsini tələb etdiyini bildirib.Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.Görülmüş tədbirlərlə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən M.Məmmədov saxlanılıb.Faktla bağlı araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Bakıda evində yad kişi ilə görüşən qadını "əri" tutdu
Bakıda yad kişi ilə tanış olan qadını əri yaxalayıb. DİN Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə...