Azərbaycanda kişi həmcinsini rüsvay etməklə hədələyib pul aldı

Azərbaycanda kişi həmcinsini rüsvay etməklə hədələyib pul aldı
Hadisə 2083

Şirvan şəhərində şantajla məşğul olan şəxs tutulub.

BAKU.WS xəbər verir ki, Şirvan ŞPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 2016-cı ilin aprel-may aylarında barəsində rüsvayedici məlumatlar yayacağı ilə şəhər sakini Ə.Xudaverdiyevi hədələyib ondan ümumilikdə 400 manat və 2.000 ABŞ dolları almaqda şübhəli bilinən şəhər sakini Abduləziz Bəşirov tutulub.

Xatırladaq ki, Cinayət Məcəlləsinin 182-ci maddəsində hədə-qorxu ilə tələb etmə, onların barəsində rüsvayedici məlumatları yaymaya görə 3 ildən 8 ilə kimi azadlıqdan məhrum etmə nəzərdə tutulur.

Aynur Ələkbərova

BAKU.WS

Son xəbərlər