Nənəsigilə qonaq gedən qız qaçırıldı - Hadisənin TƏFƏRRÜATI

Nənəsigilə qonaq gedən qız qaçırıldı - Hadisənin TƏFƏRRÜATI
Video
Hadisə 226

Aprelin 3-də Tovuz rayonunda qız qaçırma hadisəsi baş verib. Rayonun Əlibəyli kənd sakinləri nənəsigildə qonaq olan 18 yaşlı qızı qaçırıblar.

Baku TV-yə açıqlama verən oğlanın atası Cəlal Məmmədov gənclərin bir-birini sevdiyini bildirib:

"Qız özü deyib ki, oğlanı sevirəm, əgər ona getməsəm, özümü öldürəcəyəm. Onlar tətil günlərində vaxtlarını bir yerdə keçirirdilər.

Artıq barışıq əldə olunub, qızın atası şikayət ərizəsini geri götürür. Qızın 18 yaşı tamam olub, yəni nikah yaşına çatıb".

Hadisəyə münasibət bildirən qızın nənəsi isə qeyd edib ki, gənclər əvvəllər bir-birlərini sevsələr də, sonradan qız bu izdivacı istəməyib.

Onun sözlərinə görə, məhz bu səbəbdən oğlan qızı qaçırmaq qərarına gəlib. Lakin nənə hazırda tərəflərin razılığa gəldiyini təsdiqləyib.

Məlumata görə, ailələr arasında yaranan narazılıq artıq həllini tapıb və şikayət geri götürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anası Gülçöhrə Miriş qızı İsayeva vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" Birl...

80 Hadisə 23:48 07 sentyabr 2026

Son xəbərlər