Neftçalada çobanı ildırım vurub

Neftçalada çobanı ildırım vurub
Hadisə 307
Neftçalada çobanı ildırım vurub.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Tatarməhlə kəndindəki obada baş verib.Obada çoban işləyən 1991-ci il təvəllüdlü Gərayev Vaqif Azər oğlunu ildırım vurub. İlkin məlumata görə, çöldə qoyun otaran çobanlar 5 nəfər olublar. İldırım aralarına düşdüyündən zərbədən hamısı yerə yıxılıb. Digər dörd nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb. Lakin V.Gərayevin vəziyyəti ağır olduğundan o, Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ilk tibbi yardım göstərildikdən sonra Reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq V. Gərayev xəstəxanada keçinib.V.Gərayev əslən Şamaxı rayonundandır.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Neftçalada ağır qəza: 3 ölü, 3 yaralı

Neftçalada ağır qəza: 3 ölü, 3 yaralı

Neftçala rayonunda yol qəzası baş verib.BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Neftçala-Xolqaraqaşlı avtomobil yolunda qe...

1170 Hadisə 16:38 07 sentyabr 2019

Son xəbərlər