Neftçalada 49 yaşlı kişi bıçaqlanıb

Neftçalada 49 yaşlı kişi bıçaqlanıb
Hadisə 104

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Tataraməhlə kəndində qeydə alınıb.

Kənd sakini, 1972-ci il təvəllüdlü Həsənov Mahir Fərhad oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hazırda o, cərrahiyyə şöbəsində əməliyyat olunur.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər