Nazirliyin rüşvətə görə tutulan sektor müdirinin həbs müddəti uzadıldı

Nazirliyin rüşvətə görə tutulan sektor müdirinin həbs müddəti uzadıldı
Hadisə 1039
Binəqədi Rayon Məhkəməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq sektor müdiri Vidadi Eyvazov barəsində seçilmiş həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.BAKU.WS report-a istinadən bildirir ki, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, təqdimat təmin edilib, V.Eyvazovun həbs müddəti 3 ay artırılıb.Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətlərinin yaydığı birgə açıqlamaya əsasən, keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Fondun Sumqayıt şəhər şöbəsinin sosial yardım və müavinətlər sektorunun baş məsləhətçisi vəzifəsində işləyən Elnur Quliyevin xidməti otağına baxış keçirilərkən ayrı-ayrı şəxslərin adlarına tərtib edilmiş sosial müavinət kartı və müavinət işləri aşkar edilərək götürülüb.Aparılmış birgə araşdırmalarla E.Quliyevin xidməti vəzifəsinin icrası ilə əlaqədar yaşa görə müavinətin həcminin daha artıq məbləğdə hesablanaraq verilməsinə görə müavinəti alacaq tərəflə əvvəlcədən aralarında olan razılaşma əsasında vətəndaşın bank kartını bankomata daxil edib kart hesabına köçürülmüş 1800 manat məbləğində birdəfəlik müavinət məbləğinin 600 manatını nağdlaşdırmasına, bununla da rüşvət kimi birbaşa yolla əldə etdiyi həmin pulun 300 manatını özünə götürməklə, qalan hissəsini qabaqcadan aralarında olan cinayətkar sövdələşməyə uyğun olaraq işlədiyi sektorun müdiri V.Eyvazova verməsinə şübhələr üçün əsaslar olduğundan fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.Cinayət işinin istintaqı gedişində toplanmış ilkin sübutlar əsasında E.Quliyev və V.Eyvazova Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Xatırladaq ki, bir neçə gün əvvəl E.Quliyevin də həbs müddəti 3 ay artırılıb.BAKU.WS

Oxşar xəbərlər

Eldar Mahmudovun əmisi oğlu ilə bağlı yeni qərar

Eldar Mahmudovun əmisi oğlu ilə bağlı yeni qərar

Bakı Hərbi Məhkəməsində Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində seçilmiş həbs qətimkan tədbirinin u...

2504 Hadisə 09:56 16 noyabr 2018

Son xəbərlər