Arvadı və 4 qızını öldürən ata-oğul barədə QƏRAR VERİLDİ
01
avq
2018
15:02
Nəsimi rayon Məhkəməsində Salyan rayonunda arvadını və 4 qızını öldürməkdə təqsirləndirilən ailə başçısı Fərhad Əliyev və onun oğlu Fəqan Əliyevin həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.BAKU.WS "report"a istinadən xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.Qərara əsasən, istintaq orqanının təqdimatı qismən təmin edilib, hər iki şəxsin həbs müddəti daha 3 ay artırılıb.Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq, polis əməkdaşları məhkəmə-tibbi ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib.Fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri F.Əliyev və oğlu F.Əliyev şübhəli şəxs qismində tutulublar, daha sonra onların barələrində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.BAKU.WS
Oxşar xəbərlər
Ramil Usubov rəisi Xoşqədəmin açdığı cinayətə görə işdən qovdu? - RƏİS DANIŞDI
Salyanın sabiq polis rəisi işdən çıxarılmasının səbəblərini açıqlayıb.BAKU.WS xəbər verir ki, polis polkovniki Təhmasib İbrahimov APA-nın Mil-Muğan bürosunun so...