Bu sujetdən sonra 4 qızını və arvadını öldürən atanın cinayətinin üstü açıldı (VİDEO)
07
dek
2017
15:23
Salyanda 4 il əvvəl baş vermiş dəhşətli cinayətin üstünün açılmağına səbəb olan video ortaya çıxıb.BAKU.WS xəbər verir ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişində Salyandakı hadisə ilə bağlı süjetin göstərilməsi cinayət hadisəsini ortaya çıxarıb. Ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər. Məhz bu efirdən sonra məsələ daha da ciddi hal alıb və faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Qeyd edək ki, Salyan rayon sakini Mehparə Əliyeva və dörd övladının qəsdən öldürülərək yaşadıqları ünvanda basdırılmaları barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında dərhal prokurorluq, polis əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə gedərək baxış keçirdikdə insan bədəninin hissələrinin basdırılması aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb. Birgə məlumatda qeyd olunub ki, hazırda insan bədəninin hissələrinin basdırılan yerdən çıxarılma prosesləri aparılır. Dərhal fakta görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, prokurorluq və polis əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində M.Əliyevanın əri Fərhad Əliyev və oğlu Fəqan Əliyev şübhəli şəxs qismində tutulublar. Hazırda iş üzrə daxili işlər orqanları ilə əlaqəli şəkildə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. BAKU.WS
Oxşar xəbərlər
Ata 4 qızını və arvadını dəmirlə döyüb öldürüb, bir-bir boğazlarını kəsib - ŞOK TƏFƏRRÜAT
Salyan şəhərinin “Zavod” məhəlləsi adlanan ərazisində 2014-cü ildə baş vermiş və üstü indi açılmış tükürpədici ailə qətliamının təfərrüatları məlum olub.BAKU.WS...