Aleksandr Lapşinin həbs müddəti uzadılıb
Bu gün Nəsimi Rayon Məhkəməsində blogger Aleksandr Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanlarının verdiyi təqdimata baxılıb.
"Report"un əldə etdiyi məlumata görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, məhkəmə təqdimatı təmin edib, A.Lapşinin barəsində seçilmiş həbs qətimkan tədbiri üç müddətinə artırılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.
BAKU.WS
Oxşar xəbərlər
Rusiyanın Azərbaycandakı səfirliyi: Lapşin saxlanılma şəraitindən şikayət etmir
Rusiyanın Azərbaycandakı səfirliyinin əməkdaşları 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan bloger Aleksandr Lapşinlə növbəti görüş keçirib. BAKU.WS xə...