Nazirlik Bakının ən təhlükəli ərazilərini AÇIQLADI

19
okt
2018
15:47
Azərbaycanda sürüşmə zonalarındakı son vəziyyət açıqlanıb."Report"un xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov keçirdiyi brifinqdə deyib ki, Zığ, Masazır Zəli gölü, "At yalı" qəsəbəsindəki sürüşmə sahəsində aktivlik müşahidə olunur. Onun sözlərinə görə, Şamaxı və İsmayıllı rayonlarındakı sürüşmə sahələrində də aktivlik var: "Şamaxının Muğanlı kəndində, İsmayıllı yolunda və Bakı-Şamaxı-Yevlax yolunun 132-ci kilometrliyində gərginlik mövcuddur, müəyyən yerlərdə uçqun tipli sürüşmələr var. Bundan əlavə, İsmayıllı rayonunun Lahıc inzibati ərazi vahidliyinə daxil olan Qoydan kəndində iki ay öncə sürüşmə olub, hazırda aktiv fazadadır, sürüşmə kütləsi yaşayış evlərinin divarlarına çatıb. Lerikdə, Yardımlıda, Lerik yolunun bir neçə kilometrliyində uçqun tipli çökmə-sürüşmə hadisəsi baş verib".Qeyd edək ki, hazırda Badamdar və Bayıl qəsəbələrində də sürüşmə prosesi baş verir.BAKU.WS
Oxşar xəbərlər
İsmayıllıda TƏHLÜKƏ: Eni 140, uzunluğu 300 metr olan sürüşmə sahəsi əmələ gəlib
Atmosfer yağıntılarının təsirindən İsmayıllı rayonunun Lahıc qəsəbəsinin şimal-şərq hissəsində (Ərəgit kəndi ərazisində) eni 120-140 metr, uzunluğu 280-300 metr...
