Nazirlik Bakıdakı təhlükəli vəziyyətlə bağlı məlumat yaydı
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən, yanvarın 31-i gecə saatlarından başlayaraq ölkə ərazisində havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.
Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, hazırda tozun miqdarı sanitar normadan 2.4 dəfə çoxdur.
Buna səbəb son iki gün əzində ölkə ərazisinə cənub-qərb hava axınları vasitəsilə İran, İraq ərazisindən və Ərəbistan yarmadasından toz-dumanının daxil olmasıdır.
Tozlu hava şəraitinin gün ərzində müşahidə olunacağı ehtimal olunur.
Axşam saatlarından başlayaraq cənub-qərb küləyinin şimal-qərb küləyi ilə əvəz olunması nəticəsində tozun miqdarı azalaraq norma həddinə düşəcək.
Oxşar xəbərlər
Bakını toz-duman bürüdü - Nazirlik operativ iş rejiminə keçdi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 29-30...