Naxçıvanda erkən nikahın qarşısı alınıb

Naxçıvanda erkən nikahın qarşısı alınıb
Hadisə 117

Naxçıvanda erkən nikahın qarşısı alınıb.

BAKU.WS "Nuhçıxan"a istinadən xəbər verir ki, Şahbuz rayon Gömür kənd sakini 2000-ci il təvəllüdlü A.C (ad və soyad şərtidir) tərəfindən Şahbuz rayonu Gömür kənd sakini yetkinlik yaşına çatmayan 2008-ci il təvəllüdlü Z.A (ad və soyad şərtidir) qaçırılaraq erkən evliliyə cəhd edib.

Həmin məlumatlar əsasında Naxçıvan Muxtar Respublikası Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı və Şahbuz Rayon İcra Hakimiyyətində yaradılmış Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu üzvlərinin iştirakı ilə məsələ yerindəcə araşdırılıb və tərəflərin yaşadığı ünvana baxış keçirilib, valideynləri ilə qanunamüvafiq söhbətlər aparılaraq uşaq hüquqlarını pozan bu halların qanunvericiliyin tələblərinə zidd olduğu diqqətə çatdırılıb.

Beləliklə də aidiyyəti təşkilatların nümayəndələrinin səyi nəticəsində erkən evliliyin qarşısı alınıb. Həyata keçirilən müvafiq proseslərdən sonra yetkinlik yaşına çatmayan Z.A (ad və soyad şərtidir) ailəsinin yanına qaytarılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Qəşəm Süleyman oğlu İbrahimlinin anası Gülçöhrə Miriş qızı İsayeva vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə "Qarabağ qaziləri" Birl...

10 Hadisə 23:48 07 sentyabr 2026

Son xəbərlər