“Naxçıvan” restoranındakı yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Bakıda Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranındakı yanğın söndürülüb.
BAKU.WS xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 270 kvadratmetr olan restoranın bacasında yağ qalıqları və 4 poqonometr elektrik kabeli yanıb.
Restoran yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
*** 11:54
Bu gün səhər saatlarında Parlament prospektində yanğın çağırışı olub.
BAKU.WS-in əldə etdiyi məlumata görə, nəticədə ətrafı tüstü bürüyüb.
Hadisə ilə bağlı FHN-dən BAKU.WS-ə verilən ilkin məlumata görə, "Naxçıvan" restoranının tüstü bacasında yağ qalıqları yanıb.
FHN-in yanğından mühafizə qüvvələrinin operativ müdaxiləsi nəticəsində qısa müddətə söndürülüb.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bakıda yaşayış binasındakı yanğında iki nəfər xəsarət alıb - YENİLƏNİB - VİDEO
Bakıda yaşayış binasında yanğın zamanı 2 nəfər xəsarət alıb. BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Ya...