Müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı

Müştərilərə qəlyan təklif edən çay evi aşkarlandı
Hadisə 85

İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, İmişli RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq müştərilərə qəlyan təklif edən çay evi aşkar edilib.

Polis əməkdaşları tərəfindən pozuntu halının qarşısı alınıb, 6 nəfər barəsində inzibati qaydada protokol tərtib edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər