MTN-in həbs etdiyi bankir: “Haqsızlıqlar barədə prezidentə müraciət etmişəm" (VİDEO)
Üç il əvvəl MTN-nin xüsusi əməliyyatı nəticəsində həbs edilən "Texnikabank”ın Müşahidə Şurasının sabiq rəhbəri Etibar Əliyev bu gündən öz əvvəlki vəzifəsinə qayıdıb.
BAKU.WS-in ANS-ə istinadla verdiyi məlumata görə, Etibar Əliyev 1993-cü ildən fəaliyyətə başlayan "Texnikabank”ın Müşahidə Şurasının sədri olub və 2012-ci ildə bankın bir sıra yüksək vəzifəli şəxsləri ilə birlikdə MTN-in əməkdaşları tərəfindən həbs edilmişdi.
Lakin çox keçmədən Etibar Əliyev barədə çıxarılmış həbs-qətimkan tədbiri səhhətində yaranan problemlə bağlı dəyişdirilib və bankir azadlığa buraxılımışdı:
"6 mart 2012-ci il tarixində evdən çıxarkən heç bir əsas və səbəb olmadan ölkənin təhlükəsizlik xidmətləri tərəfindən məni MTN-ə dəvət etmişdilər. Oradan da 8 ay müddətində hər şeydən izaliyasiya olunmuşam”, deyə Etibar Əliyev bildirdi.
Həbs əməliyyatından sonra "Texnikabank”ın mülkiyyətçiləri və adı dəyişib - "Bank Technique” oldu.
Həmin vaxt mətbuatda dərc olunan məlumatlara görə, bank milli təhlükəsizlik naziri Eldar Mahmudovun qudası, Azərbaycan Beynəlxalq Bankının o vaxtkı sədri Cahangir Hacıyevin nəzarətinə verildi.
"Bank rəhbərliyinə dəvət olunan o insanların bank sektorundan xəbərləri yoxdur. Onlar bir qrup insanların ətrafında birləşərək bankı bu vəziyyətə gətirib çıxarıblar. Təyin olunmuş rəhbərlər bir adama xidmət göstəriblər. Bu günləri həmin şəxsin adını çəkmək istəmirəm, çünki bu hər bir kəsə məlumdur”, - deyə Etibar Əliyev bildirib.
Bankın əvvəlki nüfuzunun qaytarılması istiqamətində işlərin davam edəcəyini deyən Etibar Əliyev Müşahidə Şurasının rəhbərliyinə qayıtmasının səbəblərini açıqladı:
"Haqsızlıqlar barədə cənab prezidentimizə müraciət etmişəm. Ölkə başçısı dərhal müraciətə münasibət bildirmiş, müvafiq tapşırıqlarını verib və məni bu gün bu banka yenidən rəhbər olmağıma göstərişlərini verib”.
2012-ci ildən başlayaraq bank ətrafında bir çox proseslər baş verib. Hazırda bank faktiki olaraq defolt vəziyyətindədir.
İndi Etibar Əliyevi daha çətin sınaq gözləyir. Bankir özü isə haqq-ədalətin gec-tez yerini tapdığını deyir.
BAKU.WS
Oxşar xəbərlər
MTN-in həbs etdiyi qalmaqallı bankir yenidən “Bank Technique”nin rəhbəri oldu
Bir neçə il əvvəl Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilən və barəsində dələduzluq, mənimsəmə ittihamları ilə cinayət işi qaldırılan qalmaqallı bank...