İmtahandan qayıdan abituriyent itkin düşüb – FOTO

İmtahandan qayıdan abituriyent itkin düşüb – FOTO
Hadisə 993
 

Neftçala sakini itkin düşüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, Neftçala rayon sakini, 2000-ci il təvəllüdlü Əliyev İbrahim Yaşar oğlu Dövlət İmtahan Mərkəzi tərəfindən iyulun 22-də keçirilən qəbul imtahanında iştirak etmək məqsədilə Bakıya gedib.

Yaxınlarının dediyinə görə, İbrahim Əliyev iyulun 24-ü saat 07:15 radələrində Bakı Beynəlxalq Avtovağzalından mikroavtobusla Neftçalaya yola düşüb. Lakin hələlik məlum olmayan səbəblərdən evə gəlməyib.

İbrahim Əliyevi görənlərdən və ya onun barəsində hər hansı məlumatı olanlardan 050-727-96-16, 055-907-52-69 nömrələri ilə əlaqə saxlayıb xəbər vermələri xahiş olunur.

Faktla bağlı Neftçala rayon Polis İdarəsində araşdırmalar aparılır.

BAKU.WS

Oxşar xəbərlər

Qaxda gəlin və baldız yoxa çıxdı - Uşaqlarla birgə - FOTO

Qaxda gəlin və baldız yoxa çıxdı - Uşaqlarla birgə - FOTO

Qaxda gəlin və baldız azyaşlı övladları ilə birlikdə itkin düşüb. BAKU.WS report-a istinadən xəbər verir ki, Qax rayon sakinləri İlqar İsmayılov və Zamir Sulta...

4538 Hadisə 09:23 15 iyul 2017

Son xəbərlər