Moskvada döyülən kişi Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edir (VİDEO)

Moskvada döyülən kişi Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edir (VİDEO)
Video
Hadisə 1230

 

Moskva polisi şəhərin mərkəzində Azərbaycan konsulunun döyülməsi məsələsini araşdırır.  

BAKU.WS ANS PRESS-ə istinadən məlumat verir ki, döyülən şəxs bu haqda özü polisə məlumat verib. Onun sözlərinə görə, o, taksiyə əyləşib və yol zamanı sürücü ilə mübahisə edib. Nəticədə Moskvanın mərkəzində Konyuşkovskaya küçəsində ona bədən xəsarətləri yetirilib.

Tibb məntəqəsindən verilən məlumata görə, yaralı Azərbaycan konsulluğunun əməkdaşı olduğunu iddia edib.

Rusiya KİV-də hadisənin görüntüləri yayılıb. Videoda yolun kənarında saxlayan ağ minik avtomobilindən 2 kişinin çıxdığı və onlar arasında dava düşdüyü görünür.

BAKU.WS

Son xəbərlər