Polis departamentdə sürücü qadını yerlə sürüdü (VİDEO)
Amerikanın Florida ştatında nəqliyyat departamentində sürücü qadın kassada mübahisə etmyə başlayıb. BAKU.WS-in məlumatına görə, 31 yaşlı Elon Stora adlı qadın kassirlə mübahisə edən zaman departamentdə çalışan polis əməkdaşı ona yaxınlaşıb. Polis qadını sakitləşdirməyə çalışıb. Lakin Elon daha da əsəbləşib və polisə təpik atmağa başlayıb. Əsəblərinə hakim olmayan qadını sakitləşdirmək mümkün olmadıqda polis də ona eynilə cavab verib. O qadını sillə ilə vurub. Nəticədə daha da əsəbləşən qadın polisə hücum edib. Hadisənin görüntüləri orada insanlar tərəfindən mobil telefon vasitəsilə çəkilib. Sonradan həmin görüntülər internetdə yayılıb. Cavid Babayev
BAKU.WS
Oxşar xəbərlər
Avtobusda gedişhaqqı üstündə dəhşətli ölüm (VİDEO)
Çilidə sərnişin avtobusunda qorxunc hadisə baş verib. BAKU.WS-in məlumatına görə, avtobus sürücüsü ilə sərnişin qadın arasında yolpulu üstündə mübahisə başlayı...