Bakıda sürücü ilə yol polisi arasında qalmaqal: "Kitayski" alkotesterdən istifadə edirsiz" (VİDEO)
Bakı şəhərində xidmət göstərən yol polislərinin istifadə etdikləri alkotesterlər Çin istehsalıdır. BAKU.WS-in məlumatına görə, bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Video Azərbaycan Respublikasının vətəndaşı Abdulla Ruslan Naitq oğlu tərəfindən çəkilib. Həmin şəxs iddia edib ki, onu "Kitayski” alkotesterlə yoxlamaq istəyiblər. Lakin o, bu avadanlıqdan istifadənin qanunsuz olduğunu bildirib. O, qeyd edib ki, nəticəni çap etməyən alkotesterdən istifadə etmək qanunla qadağandır. Həmin avadanlıqlar Çin istehsalıdır. Bu barədə sürücü yol polisi əməkdaşına iradını bildirib. Polis əməkdaşı da dərhal alkotesteri dəyişib. İlkin yoxlama zamanı sürücünün spirtli içki qəbul etmədiyi məlum olub. Məsələ ilə əlaqədar Bakı şəhər Dövlət Yol Polis İdarəsilə əlaqə saxladıq. İdarənin Texniki təminat şöbəsinin rəisi Rais Süleymanovun BAKU.WS-ə verdiyi məlumata görə, şəhərdə xidmət göstərən bütün yol polis patrullarına Almaniya istehsalı olan alkotesterlər verilib. Onlar vasitəsilə ilkin yoxlamaların cavabları dərhal cap edilir. "Bizim əməkdaşlara Almaniya istehsalı olan alkotesterlər verilib. "Kitayski” alkotesterlərdən istifadə edilmir. İddia əsassızdır”, - deyə Rais Süleymanov vurğulayıb.
BAKU.WS həmin görüntüləri təqdim edir: Ziya Babayev
BAKU.WS
Oxşar xəbərlər
Yol polislərinin sürücünü döyməsinə rəsmi açıqlama: "Qanun qarşısında cavab verəcəklər" (VİDEO)
"Yol polisi sürücünü vura bilməz. Sadəcə sürücü tabe olmadığı halda ona fiziki qüvvə tətbiq edilə bilər. Lakin istənilən halda yol polisinin vətəndaşı vurması y...