Əməliyyatdan sonra ölən 22 yaşlı model Leylanın həkimi həbs olundu (VİDEO, FOTO)

Əməliyyatdan sonra ölən 22 yaşlı model Leylanın həkimi həbs olundu (VİDEO, FOTO)
Video
Hadisə 21895
Əməliyyatdan sonra həyatını itirən 22 yaşlı azərbaycanlı model Leyla Oruclunun həkimi Sirus Qoçxani həbs olunub. BAKU.WS-in məlumatına görə, bu bardə Lider Tv-də yayımlanan “Bu bizik” verilişinin aparıcı deyib. Onun sözlərinə görə, Leylanı əməliyyat edən əslən iranlı Siruz Qoçxani aparılan araşdırmalardan sonra həbs olunub. "Keçən aylarda bizim bir model-aktrisamız var idi. İrandan gələn həkim onu Bakıda əməliyyat etdi”, - deyə Tolik bildirib. Bu il iyunun 22-də model Leyla 16:00-da əməliyyata alınıb. Əməliyyat saat 18:00-da yekunlaşıb və model palataya köçürülüb. Həmin gün axşam saat 19:30 radələrində onun vəziyyəti pisləşdiyi üçün reanimasiyaya köçürülüb. Orada da lazımı tibbi yardım göstərilib. Leyla 25 iyun tarixində saat 11-də pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişib. BAKU.WS

Son xəbərlər