Bakıda estetik əməliyyatdan sonra ölən modelin həkimi ilə bağlı ŞOK FAKTLAR - VİDEO

Bakıda estetik əməliyyatdan sonra ölən modelin həkimi ilə bağlı ŞOK FAKTLAR - VİDEO
Video
Hadisə 16514

"İranlı estetik cərrah Sirus Qoçhanini "Milana" hospitalından qovmuşdum. O, ildə az qala neçə nəfəri bu günə qoyur".

BAKU.WS-in məlumatına görə, bunu Leyla Şıxlınskaya klinikasında çalışan cərrah Rafiq Dəmirçalov Bakıda modelin estetik əməliyyatından sonra ölməsinə münasibət bildirəkən deyib.

Facebook səhifəsində yazan cərrahın sözlərinə görə, baş vermiş hadisədə günahkar həkimdir. Sirus Qoçhani ilə bir yerdə işləridiyini, onu yaxşı tanıdğını qeyd edən Rafiq Dəmirçalov hesab edir ki, ölümə səbəb həkimin səriştəsizliyidir.

"İranlı estetik cərrah Sirus Qoçhaninin əməliyyat etdiyi 22 yaşlı model dünyasını dəyişdi. Burada ölümə səbəb əsasən həkim səriştəsizliyidir. Əvvəla gənc, həm də model olan bir qızı əməliyyata alarkən onun valideyinləri ilə məsləhətləşmə aparılmalı idi. Bunu etməyiblər. Pula görə belə işlər görmək olmaz. Mən özüm Milana hospitalda direktor olanda Sirus Qoçhani mənim işçim idi. Neçə dəfə mən onun əməliyyatını dayandırdım. Kassanın pulunu ödətdirmədən xəstəni əməliyyata alır. Olmaz. Bax belə şeylərə görə mən onu Milana hospitaldan qovdum. Sirus Qoçhani ildə az qala neçə nəfəri bu günə qoyur", - deyə cərrah Rafiq Dəmirçalov qeyd edib.

Xatırladaq ki, İyunun 23-də "Zəfəran Hospital"da Siruz Qoçxani adlı həkim tərəfindən liposaksiya əməliyyatı edilən 22 yaşlı Leyla adlı qız iki gün sonra ölüb.

Murad Səmədov

BAKU.WS

Son xəbərlər