Bakıda modelin öldüyü klinikadan – AÇIQLAMA
""Zəfəran Hospital”da liposaksiya (piy sovurma) əməliyyatına girən 22 yaşlı model Leyla Oruclunun ölüm səbəbini dəqiq bilmək üçün ekspertizanın rəsmi rəyini gözləyirik. Yalnız bundan sonra mətbuata açıqlama veriləcək”.
BAKU.WS-in məlumatına görə, bunu report-a hospitalın PR meneceri Vüsalə İsmayılova deyib.
Onun sözlərinə görə, L.Oruclunu əməliyyat edən iranlı Firuz Qoçxani tərcübəli və peşəkar həkimdir: "Heç bir həkim xəstəsinin ölməyini istəməz. Lakin hər bir əməliyyatda ölüm riski var. Bütün əməliyyatlardan öncə hər bir xəstə ilə müqavilə imzalanır və burada əməliyyatin risk faktorları onlara izah edilir. Leyla ilə də həmin müqavilə imzalanmışdı. İyunun 22-də baş tutan əməliyyat uğurlu keçdi və hansısa problem olmadan xəstə özünə gəldi. Lakin əməliyyatdan bir neçə gün sonra onun səhhətində ağırlaşma olub”.
Qeyd edək ki, model qızın ölümündə günahlandırılan iranlı həkim Siruz Qoçxani mətbuata açıqlamasında Leyla Oruclu pioemboliya (piy parçasının damarda tıxanıqlıq yaratması) diaqnozundan dünyasını dəyişdiyini bildirib.
Murad Səmədov
BAKU.WS
Oxşar xəbərlər
22 yaşlı Leylanın anası: "Onun əməliyyata ehtiyacı yox idi" - FOTO
Artıq 3 gündür ki, mətbuatda, sosial şəbəkələrdə 22 yaşlı model Leyla Oruclunun faciəli ölümü müzakirə edili. Məlum olduğu kimi gənc qızın estetik əməliyyat etd...