Mingəçevirdə koronavirus xəstələri ictimai yerlərdə aşkarlandı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən iki nəfər aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, şəhər sakini Lalə Məmmədovanın COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.
Buna baxmayaraq həmin şəxs ictimai yerdə hərəkətdə olarkən saxlanılıb və yaşadığı ünvana geri qaytarılıb.
Daha bir aktiv koronavirus xəstəsi Yazgül Allahverdiyevanın da özünütəcrid qaydalarını pozaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən olunub. O, evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Hər iki şəxs barəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Üç rayonda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb
Biləsuvar, Astara və Cəlilabadda yaşayış yerini tərk edən koronavirus xəstələri aşkarlanıb. Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, Biləsuva...