Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb

Mingəçevirdə yaşadığı ünvanı tərk edən COVİD-19 xəstəsi saxlanılıb
Hadisə 352

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, ancaq o, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edib. Dərhal onun şəhər ərazisindəki olduğu ünvan müəyyən edilib və həkim briqadası dəvət olunub.

Y.Fərzəliyevlə profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.

Məsələ ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanda COVID-19 xəstələri həbs edildi - VİDEO

Azərbaycanda COVID-19 xəstələri həbs edildi - VİDEO

COVID-19-a yoluxduğunu bilərək özünütəcrid qaydalarına riayət etməyən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan şəxslər müəyyən edilərək saxl...

2284 Hadisə 14:03 14 avqust 2020

Son xəbərlər