Mingəçevirdə koronavirus xəstəsi ictimai yerdə saxlanılıb - VİDEO

Mingəçevirdə koronavirus xəstəsi ictimai yerdə saxlanılıb - VİDEO
Video
Sosial 134

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər sakini Elman Məmmədov COVİD-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq, o, sanitar-karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

Həmin şəxs ictimai yerdə hərəkətdə olarkən polislər tərəfindən saxlanılıb, tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

E.Məmmədov barəsində Mingəçevir Şəhər Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

Oxşar xəbərlər

Polis yaşayış yerini tərk edən COVID-19 xəstəsini aşkarlayıb

Polis yaşayış yerini tərk edən COVID-19 xəstəsini aşkarlayıb

Karantin rejimi tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət–profilakti...

176 Sosial 10:38 27 mart 2021

Son xəbərlər