Mingəçevirdə avtomobil yanıb – VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Mingəçevir şəhərində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən verilən məlumata görə, bununla əlaqədar hadisə yerinə dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Mingəçevir şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus “Hyundai” markalı minik avtomobilində baş verdiyi müəyyən edilib.Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtomobilin mühərrik hissəsi yanıb, avtomobilin qalan hissəsi mühafizə olunub.
Oxşar xəbərlər
Şərurda mənzildə yanğın olub - FOTO/VİDEO - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur şəhərində yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən BAKU.WS-ə verilən xəbərə görə,...