Mingəçevirdə evləri su basıb, heyvanlar tələf olub

Mingəçevirdə evləri su basıb, heyvanlar tələf olub
Hadisə 2043
 

Mingəçevir şəhərində güclü küləklə müşayiət olunan leysan ağır fəsadlar törədib. "Report”un verdiyi məlumata əsasən, Günəşli massivində yüzdən çox fərdi yaşayış evini su basıb, xeyli sayda ev quşu tələf olub. 

Sakinlərin evi, həyəti su, lil və palçıqla dolub, küçələr keçilməz hala düşüb. Hazırda massivin 13, 14 və 15-ci küçələrində selin fəsadları aradan qaldırılır. Əraziyə xeyli sayda texniki qurğu cəlb olunub.

Mütəxəssislər fəsadların ağır olmasını massivdən keçən Yevlax rayonunun Havarlı kəndini su ilə təmin edən kanalın çəkilişində yol verilən texniki nöqsanlarla əlaqələndiriblər. 

Belə ki, kanalın müəyyən hissələri lazımi səviyyədə bərkidilməyib, bəzi boru xətlərinin ağzı açıq qalıb və tələb olunan hissədə şülüz qoyulmayıb. 

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Güclü leysan və dolu rayonlarda ciddi fəsadlar törədib - VİDEO

Güclü leysan və dolu rayonlarda ciddi fəsadlar törədib - VİDEO

Ötən gün yağan güclü leysan və dolu Qobustanda xeyli fəsad törədib: körpülər uçub, evləri və həyətləri su basib. Sel nəticəsində Bakı-Şamaxı magistralı da bağla...

1957 Video 22:55 02 iyun 2017

Son xəbərlər