İki kəndi sel altında qaldı - VİDEO

İki kəndi sel altında qaldı - VİDEO
Video
Hadisə 2209
 

Mayın 5-dən 6-na keçən gecə Qax rayonun Cüdüllü və Marsan kəndlərinin inzibati ərazilərinə və yaxınlıqdakı dağ ətəyi ərazilərə leysan yağıb.

BAKU.WS xəbər verir ki, APA TV-nin yerli bürosunun məlumatına görə, leysan yağışı nəticəsində yaranan sel suları Cüdüllü və Marsan kəndlərində fərdi yaşayış evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə dolub. Kənd sakinlərinin şəxsi təsərrüfatlarına ciddi ziyan dəyib, bir çox sakinlərin ev quşları sel suları altında qalaraq tələf olub.

Kənddaxili yollar sel suları altında qalıb, bir sıra yerlərdə sel suları daşdan olan yol hasarlarını uçurub.

Hazırda Qax rayon Fövqəladə Hallar Komissiyasının və yerli nümayəndəliyin əməkdaşları kəndlərdə dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparır.

BAKU.WS

Oxşar xəbərlər

FHN Bakıda 77 nəfəri xilas etdi - FOTO

FHN Bakıda 77 nəfəri xilas etdi - FOTO

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə...

1093 Hadisə 17:35 18 oktyabr 2016

Son xəbərlər