FHN Bakıda 77 nəfəri xilas etdi - FOTO

FHN Bakıda 77 nəfəri xilas etdi - FOTO
Hadisə 1093
 

Son günlər yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti, Mülkü müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub. Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən 77 nəfər təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri davam etdirilir.

ƏLİ 

BAKU.WS

Oxşar xəbərlər

FHN Bakıda əhalini xilas edir (VİDEO)

FHN Bakıda əhalini xilas edir (VİDEO)

İki gündür yağan yağış Bakıda fəsadlar törədib. BAKU.WS-in APA TV-yə istinadən məlumatına görə, fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyin...

1951 Hadisə 09:02 18 oktyabr 2016

Son xəbərlər