Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi idman zalında öldü
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda 41 yaşlı vəzifəli şəxs qəfildən vəfat edib.
BAKU.WS "Yeni Sabah"a istinadən xəbər verir ki, hadisə paytaxtdakı idman zallarından birində baş verib.
Milli Aviasiya Akademiyasının Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev məşq etmək üçün idman zallarından birinə gedib. Fiziki hərəkətlər zamanı onun halı pisləşib. Əraziyə təcili tibbi yardım briqadası çağırılıb. Lakin həkim gələnə qədər, o, ürəktutmasından dünyasını dəyişib.
***10:07
Azərbaycan Milli Aviasiya Akademiyasının vəzifəli şəxsi vəfat edib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, akademiyanın Elmi informasiya və patent şöbəsinin müdiri Fuad Mirzəyev dünyasını dəyişib.
Onun ölümünün səbəbi barəsində məlumat verilməyib.
Oxşar xəbərlər
Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub
Zaqatala rayonunun Kebeloba kəndində meşəlik ərazidə 1946-cı il təvəllüdlü Mustafayev Xəlil Mustafa oğlu itkin düşüb. Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazir...