Meyxanaçı Ağakərimin SON VƏZİYYƏTİ AÇIQLANDI

Meyxanaçı Ağakərimin SON VƏZİYYƏTİ AÇIQLANDI
Video
Hadisə 368

Uzun müddətdir xəstə olan meyxanaçı Ağakərimin (Kərim Novruzov) son vəziyyəti açıqlanıb. 

BAKU.WS xəbər verir ki, bu barədə onun həmkarı Ağamirzə Məmmədov bildirib. 

Meyxanaçı "Afaqla Onlar" verilişinə açıqlamasında Ağakərimin fiziki aktivliyini itirdiyini deyib:

"Kərim uzanıb qalıb. Otura, dura, gəzə, demək olar danışa bilmir, yaxşı başa düşmür. Ümid ancaq Allahadır. Ümid yeri qalmayıb. 10-15 dəfə deyirəm, "Kərim, salam. Ağamirzədir". Ondan sonra başı ilə işarə edir ki, bildim. Bizim söhbətimiz bununla da qurtardı. Allah bütün xəstələrə kömək olsun. Kərim də onların içində...".

Qeyd edək ki, meyxanaçı 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. O üç dəfə insult keçirib.

Ətraflı videoda:

Son xəbərlər