Metronun işində problem yarandı - "30 dəqiqədir, qatar gəlmir"
Yeniliklərdən dərhal xəbərdar olun
Metroda qatarların hərəkət qrafikində problem yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçilərin sözlərinə görə, "Nizami" stansiyasında artıq 30 dəqiqəyə yaxındır qatar gəlmir.
Başqa bir sərnişin isə müraciətində deyir ki, "İçərişəhər"ə getməli olan qatar "Ulduz" və "Nərimanov" stansiyaları arasında qalıb. Qatarın artıq 20 dəqiqəyə yaxındır ki, tuneldə hərəkətsiz qaldığı bildirilir.
Məsələ ilə əlaqədar Bakı Metropoliteni QSC-dən bildirilib ki, saat 17:10 radələrində metronun "Nərimanov" stansiyasında qatarda texniki nasazlıq yarandığı üçün köməkçi qatar vasitəsilə xətdən çıxarılır. Bu səbəbdən Qırmızı və Yaşıl xətlərdə qatarların hərəkətində gecikmələr var. Sərnişinlərə göstərdikləri anlayış üçün təşəkkür edirik.
Oxşar xəbərlər
Yeraltı keçidin yanından qaçaraq keçdi, avtomobil vuraraq öldürdü
Yeraltı piyada keçidi bir neçə metr yaxınlığında idi, lakin onun yalnış seçim etməsi faciə ilə nəticələnib. Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarə...