Metroda 40 yaşlı sərnişindən təhlükəli hərəkət - Polis saxladı
04
dek
2017
19:35
Bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib. Bu barədə BAKU.WS-ə "Bakı metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi paşayev məlumat verib. Onun sözlərinə görə, metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı yaşana biləcək bədbəxt hadisəyə də mane olublar. Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində poliş şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır. "Bakı metropoliteni" QSC sərnişinlərdən bir daha xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər.BAKU.WS
Oxşar xəbərlər
Bakı metrosundakı böyük hadisəyə görə yüksək vəzifəli məmurlar qovuldu
Xəbər verdiyimiz kimi, oktyabrın 27-si, səhər saatlarında “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunmuşdu. Bu hadisə də sərnişinlər arasında ciddi n...