Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı - Vəziyyəti ağırdır
Hadisə 852

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə ötən gün baş verib.

Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir: "Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub.

Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

58 yaşlı kişini maşın vurub öldürdü

58 yaşlı kişini maşın vurub öldürdü

Şəkidə piyada ölümü ilə nəticələnən qəza baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu gün saat 11 radələrində Şəki şəhəri ərazisində Arif Səli...

94 Hadisə 17:50 07 noyabr 2026

Son xəbərlər