Məmməd İbrahimin apellyasiya şikayətinə baxılıb
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrinin müşaviri Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbiri barədə qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi Məmməd İbrahim barəsində seçilmiş həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxıb.
Məhkəmə şikayəti təmin etməyib.
Xatırladaq ki, Məmməd İbrahim barəsində Səbail rayon Məhkəməsinin qərarı ilə 2 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahim barəsində Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Hər iki şəxs Ramiz Mehdiyev barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində saxlanılıb.
Oxşar xəbərlər
"Qızıl qaya" şadlıq evinin fəaliyyəti dayandırılıb
Bakıda yanğın təhlükəli şadlıq evinin fəaliyyəti dayandırılıb. BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətnuat xidmətindən bildirilib. M...