Melanya Tramp əməliyyat olundu
15
may
2018
09:31
ABŞ prezidenti Donald Trampın xanımı Melanya Tramp böyrəklərindən əməliyyat olunub.BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.Verilən məlumata görə, 48 yaşlı birinci xanımın böyrəklərində xoşxassəli şiş olub. Əməliyyat uğurlu keçib. Tramp xəstəxanada olan həyat yoldaşını ziyarət edib.Qeyd edək ki, Melanya Tramp 1970-ci ildə Sloveniyada anadan olub. O, karyerasına 16 yaşında model kimi başlayıb. Melanya tez bir zamanda uğur qazanıb. 1999-cu ildə "Allure" jurnalında işə başlayarkən Trampla tanış olur. Nyu-Yorkda model kimi fəaliyyətini davam etdirərkən isə onların münasibəti daha da yaxınlaşır. BAKU.WS
Oxşar xəbərlər
Trampın oğlu boşanır
ABŞ prezidenti Donald Trampın oğlu, kiçik Tramp boşanır.BAKU.WS qərb mediasına istinadən xəbər verir ki, 40 yaşlı Vanessa Tramp Manhettendəki məhkəməyə müraciət...